Office Address

Azərbaycan, Bakı şəhəri, Əcəmi Naxçıvani küç. 37

Phone Number

+994 99 750 75 25

Email Address

info@dnthub.az

Mentorluq xidmətləri

 

Ümumi məlumat

 

DNT HUB-un mentorluq xidmətləri fərdi inkişafı sürətləndirmək və məqsədyönlü karyera qərarlarının verilməsini dəstəkləmək üçün strukturlaşdırılmış model əsasında həyata keçirilir. Mentorluq yanaşması yalnız məsləhətvermə ilə məhdudlaşmır, əsas fokus iştirakçıların potensialının üzə çıxarılması, praktiki bacarıqların inkişafı və davamlı irəliləyişin təmin olunmasıdır.

Hər bir mentorluq proqramı ilkin diaqnostika mərhələsindən başlayaraq iştirakçıların inkişaf ehtiyacları, karyera hədəfləri və mövcud kompetensiya səviyyəsi əsasında fərdi şəkildə qurulur. Prosesin bütün mərhələləri - ehtiyacın müəyyənləşdirilməsi, uyğun mentorun seçilməsi, planlaşdırma, görüşlərin təşkili, monitorinq və yekun qiymətləndirmə - DNT HUB tərəfindən sistemli və mərkəzləşdirilmiş şəkildə idarə olunur.

Strukturlaşdırılmış görüşlər, praktik yanaşma və davamlı geribildirim vasitəsilə mentee-lərin əldə etdikləri bilik və bacarıqları real iş mühitində tətbiq etməsi təmin edilir. Nəticədə, mentorluq yalnız fərdi inkişaf vasitəsi deyil, eyni zamanda təşkilat daxilində liderliyin və performansın gücləndirilməsinə xidmət edən effektiv alətə çevrilir.

 

Prosesin mərhələləri

Mentorluq xidmətləri DNT HUB tərəfindən aşağıdakı mərhələlər üzrə həyata keçirilir:

 

Qurumda liderlik, karyera inkişafı, adaptasiya və ya performans problemləri təhlil olunur.

Mentorluq prosesində iştirak edəcək şəxslərin səriştələri, inkişaf ehtiyacları və məqsədləri müəyyən edilir.

Şəxsi inkişaf, liderlik bacarıqları, qərarvermə və ya karyera hədəfləri üzrə konkret məqsədlər qoyulur.

Sahə üzrə təcrübəli, etibarlı və inkişafedici yanaşmaya malik mentor müəyyən olunur.

Prosesin formatı (1:1, qrup, hibrid), müddəti və görüş tezliyi planlaşdırılır.

Hər mentee üçün fərdi inkişaf planı, mövzular və mərhələlər müəyyən edilir.

Strukturlaşdırılmış, məqsədyönlü və praktik yönümlü görüşlər həyata keçirilir.

Mentee-nin inkişafı üzrə mütəmadi geribildirim və istiqamətləndirmə verilir.

İrəliləyiş səviyyəsi əvvəlcədən müəyyən edilmiş göstəricilər əsasında ölçülür.

Mentorluq prosesinin nəticələri ümumiləşdirilir, gələcək inkişaf üçün yol xəritəsi təqdim olunur.