Office Address

Azərbaycan, Bakı şəhəri, Əcəmi Naxçıvani küç. 37

Phone Number

+994 99 750 75 25

Email Address

info@dnthub.az

Təlim xidmətləri

 

Ümumi məlumat

 

DNT HUB-un təlim xidmətləri təşkilatların real biznes ehtiyaclarından çıxış edərək formalaşdırılan, sistemli və ölçülə bilən inkişaf proqramlarını əhatə edir. Təlim yanaşması yalnız bilik ötürülməsi ilə məhdudlaşmır, əsas fokus konkret bacarıqların formalaşdırılması, performansın yaxşılaşdırılması və nəticələrin ölçülməsidir.

Hər bir təlim proqramı ilkin diaqnostika mərhələsindən başlayaraq qurumun strateji hədəfləri, mövcud kompetensiya səviyyəsi və inkişaf boşluqları əsasında fərdi şəkildə dizayn edilir. Prosesin bütün mərhələləri - ehtiyac analizi, proqramın hazırlanması, uyğun ekspertlərin cəlb edilməsi, təlimin icrası, monitorinq və yekun qiymətləndirmə - DNT HUB tərəfindən mərkəzləşdirilmiş şəkildə idarə olunur.

İnteraktiv metodologiyalar, real iş nümunələri və praktik tətbiqlər vasitəsilə iştirakçıların öyrəndiklərini dərhal iş mühitinə transfer etməsi təmin edilir. Nəticədə, təlimlər yalnız maarifləndirici deyil, eyni zamanda təşkilati inkişaf üçün real təsir yaradan alətə çevrilir.

 

Prosesin mərhələləri

Təlim xidmətləri DNT HUB tərəfindən aşağıdakı mərhələlər üzrə həyata keçirilir:

 

Qurumun fəaliyyət sahəsi, strateji məqsədləri, mövcud performans göstəriciləri və insan resursları ehtiyacları təhlil edilir, real inkişaf boşluqları müəyyənləşdirilir.

Təlim iştirakçılarının vəzifələri, məsuliyyət dairəsi, səriştə səviyyəsi, təcrübəsi və inkişaf gözləntiləri dəqiqləşdirilir.

Qurumun biznes hədəfləri ilə uyğun, ölçülə bilən və nəticəyönümlü təlim məqsədləri müəyyən olunur.

Mövzu, auditoriya və sektor xüsusiyyətlərinə uyğun olaraq praktik təcrübəyə malik mütəxəssis cəlb edilir.

Toplanmış məlumatlar əsasında modul strukturlu, praktik yönümlü, interaktiv və ölçülə bilən təlim proqramı hazırlanır.

Case study, rol oyunları, qrup işləri, simulyasiyalar, real iş nümunələri və qiymətləndirmə alətləri müəyyənləşdirilir.

Proqram iştirakçıların aktiv cəlb olunduğu, praktik tətbiqlərə əsaslanan müasir təlim metodları ilə həyata keçirilir.

Təlim müddətində iştirakçı fəallığı, mənimsəmə səviyyəsi və prosesin keyfiyyəti davamlı izlənilir.

Təlimin effektivliyi öncədən müəyyən edilmiş KPI-lar, testlər və rəy mexanizmləri vasitəsilə ölçülür.

Nəticələr üzrə analitik hesabat hazırlanır, gələcək inkişaf üçün konkret tövsiyələr təqdim olunur.