Vizyonumuz
Ölkədə təlim sahəsində akademik yanaşmanın və sistemli inkişaf modelinin əsas mərkəzinə çevrilmək
“DNT HUB” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkədə fəaliyyət göstərən təlimçiləri və ekspertləri birləşdirən vahid, strukturlaşdırılmış və etibarlı platformadır. Platforma real ehtiyaclara əsaslanan, müasir metodlarla dizayn edilən və ölçülə bilən nəticələr yaradan təlim, mentorluq və məsləhət həlləri təqdim edir. DNT HUB təlim prosesinə yalnız xidmət kimi deyil, ehtiyacdan başlayaraq icra və nəticəyədək bütün mərhələləri əhatə edən sistemli yanaşma kimi baxır və bazarda keyfiyyət standartlarının formalaşmasına töhfə verir.
Ölkədə təlim sahəsində akademik yanaşmanın və sistemli inkişaf modelinin əsas mərkəzinə çevrilmək
Təlimçi və ekspertlərin fəaliyyətini vahid, strukturlaşmış və ehtiyac əsaslı platformada birləşdirərək təlim bazarında keyfiyyət və effektivliyi artırmaq
Strukturlaşma, Peşəkarlıq, Şəffaflıq, Davamlı inkişaf, Nəticəyönümlülük
Aşağıda təqdim olunan strateji hədəflər DNT HUB-un uzunmüddətli inkişaf planının əsasını təşkil edir:
Əsas strateji hədəflərimizdən biri bütün istiqamətlər üzrə ölkəmizdə fəaliyyət göstərən vahid ixtisaslaşmış ekspert şəbəkəsi - ekspert və təlimçilərin real və effektiv bazasını (hovuzunu) formalaşdırmaqdır. Bu hədəf DNT HUB platformasını daha da unikallaşdırır.
Əsas strateji hədəflərimizdən biri satışdan başlayaraq təşkilati-texniki məsələlərədək bütün proseslərdə ekspertin “meneceri” rolunu oynamaqdır. Bu proses ekspertin əlavə məsuliyyətinin qarşısını alır və təlim/ekspert xidmətinə fokuslanmağa imkan yaradır.
Əsas strateji hədəflərimizdən biri ölkəmizin təlim sferasına akademik və strukturlaşdırılmış yanaşmanın əsasını qoymaqdır. Bu yanaşma ölkədə ilk ixtisaslaşmış ekspert şəbəkəsinin qurulmasının qurulması prosesi ilə paralel aparılacaq.
Əsas strateji hədəflərimizdən biri mövcud təlim, məsləhət, elədə də digər xidmətləri müasir dövrün tələblərinə uyğun şəkildə əvəzləyərək davamlı şəkildə inkişaf etdirməkdir. Bu proses təlimlərin keyfiyyətinin yüksəldilməsinə, iştirakçıların real bilik və bacarıqlarının artırılmasına, əmək bazarının tələblərinə daha uyğun kadrların hazırlanmasına, həmçinin təlim xidmətlərinin effektivliyinin və ölçülə bilən nəticələrinin təmin olunmasına xidmət edəcək.
Tərəfdaş
Xidmət
Auditoriya sayı
DNT HUB-un təqdim etdiyi xidmətlərdən yararlanmaq, eləcə də təklif, irad və müraciətləriniz üçün rəsmi e-poçt ünvanımızla yanaşı, buradan da müraciət edə bilərsiniz.