Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Latviya Respublikasının Prezidenti cənab Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya Biznes Forumu keçirilib.
Sözügedən tədbirdə “DNT HUB” platforması təqdim etdiyi xidmətlərlə təmsil olunub, Latviya tərəfinin 2 ali təhsil müəssisəsinin nümayəndələri ilə B2B formatda görüşlər keçirilib. Görüşlərdə hər iki tərəfin xidmətlər zərfi ilə qarşılıqlı tanışlıq və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi baş tutdu.
İki ölkənin Dövlət Başçısının iştirak etdiyi bu faydalı tədbirə dəvətə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, eləcə də AZPROMO-ya təşəkkürümüzü bildiririk.