Platforma haqqında ümumi məlumat
DNT HUB platforması təlim, mentorluq, konsaltinq və tədbir təşkili kimi inkişaf yönümlü xidmətləri bir mərkəzdə birləşdirən inteqrasiya olunmuş inkişaf ekosistemi platformasıdır. Məqsəd fərdi və təşkilati inkişafı sistemli və ölçülə bilən şəkildə dəstəkləməkdir.
Platforma dövlət, qeyri-hökumət və özəl sektor təşkilatları, həmçinin fərdi inkişaf və karyera yüksəlişi məqsədi olan peşəkarlar üçün nəzərdə tutulub.
Platforma əsasən dörd istiqaməti əhatə edir: təlim xidmətləri, mentorluq proqramları, konsaltinq həlləri və tədbir təşkili xidmətləri.
Əsas fərqimiz vahid ixtisaslaşmış eskpert şəbəkəsi ilə xidmətlərin standart deyil, ehtiyac əsaslı və fərdiləşdirilmiş model üzərində qurulmasıdır. Hər həll real diaqnostika və ölçülə bilən nəticələr üzərində formalaşır.
Xidmətlər və iş prinsipi
Xidmət seçimi ilkin ehtiyac analizi əsasında aparılır və təşkilatın və ya şəxsin məqsədlərinə uyğun model müəyyən edilir.
Bütün xidmətlər fərdiləşdirilmiş yanaşma ilə hazırlanır. Standart paket modeli tətbiq edilmir.
Əməkdaşlıq ehtiyac analizi ilə başlayır, daha sonra planlaşdırma, icra, monitorinq və nəticələrin qiymətləndirilməsi mərhələləri ilə davam edir.
Müddət xidmətin növündən asılı olaraq dəyişir və qısa müddətli sessiyalardan uzunmüddətli strateji layihələrə qədər uzana bilər.
Ekspertlər DNT HUB-un vahid ixtisaslaşmış ekspert şəbəkəsi arasından sahə üzrə praktiki təcrübəyə, real layihə təcrübəsinə və metodoloji biliklərə əsasən seçilir.
Xidmətlər həm onlayn, həm də fiziki formatda, həmçinin hibrid modeldə həyata keçirilə bilər.
Nəticələr, əməkdaşlıq və dəstək
Effektivlik əvvəlcədən müəyyən edilmiş KPI-lar, performans göstəriciləri və iştirakçı/müştəri rəyləri əsasında ölçülür.
Hər layihənin sonunda analitik hesabat, nəticə göstəriciləri və inkişaf üçün tövsiyələr təqdim olunur.
Bütün məlumatlar məxfilik prinsipləri əsasında qorunur və üçüncü tərəflərlə paylaşılmır.
Qiymətləndirmə xidmət növü, müddət və resurslara əsasən formalaşdırılır və şəffaf model üzərində qurulur.